Bülənd Ərsoyun sonuncu ərindən şok açıqlama!
19 noyabr 2010 18:13 (UTC +04:00)

Bülənd Ərsoyun sonuncu ərindən şok açıqlama!

Lent.az-ın verdiyi məlumata görə, “Kanaltürk” televiziyasının “II Səhifə” proqramına çıxan Armağan Uzun deyib ki, Bülənd Ərsoyla musiqi yarışmasında tanış olub.


Onun sözlərinə görə, Bülənd Ərsoy onu görən an təsirlənib: “Mənə dedi ki, sənə 10 xal verilməzmi? İlk dəfə canlı oxuduğum zaman mənə 1 xal verdi”.


Armağan Uzun bildirib ki, daha sonra onu tanımadığı bir nəfər telefonla arayıb: “Həmin şəxs Bülənd Ərsoyun məndən “elektrik aldığını” söylədi və mənim nə düşündüyümü soruşdu. O an özümü itirdim, nə deyəcəyimi bilmədim. Bu şəxs məni sonra da aradı və dedi ki, Bülənd xanım səninlə birlikdə olmaq istəyir, yaxşı düşün, qəbul et. Onu da dedi ki, təklif qəbul etməsən, musiqi yarışmasından uzaqlaşdırılacaq, musiqi aləmindən silinəcəksən. O gün telefonda quruyub qaldım. Amma sonra təklifi qəbul etdim. Çünki musiqi aləmində arxamda elə bir güc olmasını istədim. Belə musiqi yarışına qatılanların heç birinin durumu yaxşı deyildi. Mənə musiqi albomu çıxaracağına söz verdi və dərhal də onunla evlənməyi təklif etdi. 2007-ci il iyulun 7-də onunla evlənməzsəm, bu münasibətlərin bitəcəyini nəzərimə çatdırdı”.


Armağan Uzun qarşısında gələcək vəd edən birisi olduğu üçün razılaşdığını dilə gətirib: “Çarəsizlikdən evlənmə təklifini qəbul etdim, amma sonra çox peşman oldum”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar