Yaponiyada ən böyük mafiyanın ikinci şəxsi saxlanıldı
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, 63 yaşlı Kiesi Takayamanı yaxalamaq üçün keçirilən əməliyyatda 140 polis işçisi iştirak edib.
Mafiyanın ikinci şəxsi Hönsü adasının cənubundakı Kobe şəhərində öz evində yaxalanıb. O, müqavimət göstərməyib. Kiesi Takayama 2005 və 2006-cı illərdə tikinti sektorunda fəaliyyət göstərən bir iş adamını təhdid edərək ondan 480 min dollar almaqda günahlandırılır.

511