“Quş qripi” kabusu geri döndü
Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, 53 yaşlı bir qadının “quş qripi”nə yoluxduğu üzə çıxıb.
Qadının bir müddət əvvəl Çin ziyarətindən döndüyü məlum olub. Vəziyyəti ağır olan qadının Çində, yoxsa Honqkonqda bu xəstəliyə yoluxduğu bilinmir.
2003-cü ildə Honqkonqda 6 nəfərin ölümünə səbəb olan “quş qripi”nin yenidən peyda olması səbəbindən ölkədə səhiyyə xidmətlərinin intensivliyi artırılıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-cü ildən bəri dünya ölkələrində 302 nəfər bu xəstəlikdən həyatını itirib.

580