Tarix Əziz edamdan qurtuldu
İraq prezidenti Cәlal Talabani Sәddam Hüseyn hakimiyyəti dövründә baş nazirin müavini vә xarici işlәr naziri olan Tarix Әziz haqqında çıxarılan edam hökmünü tәsdiq etmәyәcәyini açıqlayıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Cəlal Talabani bildirib ki, sosialistdir və buna görә dә Tarıx Әzizin haqqındakı edam qәrarına imza atmayacaq.
Xatırladaq ki, İraq Ali Mәhkәmәsi 1992-ci ildә Şiә Dava Partiyası mәnsublarının edam edilmәsində Tarıx Әzizin rolu olduğunu əsas gətirərək onu edama məhkum edib.
Xatırladaq ki, İraq Ali Mәhkәmәsi 1992-ci ildә Şiә Dava Partiyası mәnsublarının edam edilmәsində Tarıx Әzizin rolu olduğunu əsas gətirərək onu edama məhkum edib.
582