Yanukoviç Kiyev merini işdən qovdu
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, prezident Viktor Yanukoviç yeni merin təyinatı ilə bağlı fərman imzalayıb.
Prezidentin fərmanı onun rəsmi saytında yerləşdirilib. Kiyevin meri postuna Çernovetskinin keçmiş müavini Aleksandr Popov təyin edilib.
Xatırladaq ki, Yanukoviç prezident seçiləndən və onun başçılıq etdiyi Regionlar Partiyası hakimiyyətə gələndən sonra Leonid Çernovetski faktiki olaraq vəzifəsindən kənarlaşdırılmışdı. Mer uzun müddətli məzuniyyət götürəndən sonra, onun səlahiyyətlərini birinci müavini Aleksandr Popov icra edirdi.

472