Təbrizdə tutulan Almaniya vətəndaşlarına casusluq ittihamı irəli sürüldü
16 noyabr 2010 17:47 (UTC +04:00)

Təbrizdə tutulan Almaniya vətəndaşlarına casusluq ittihamı irəli sürüldü

Lent.az-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Şərqi Azərbaycan vilayətinin prokuroru Malik Acar Şərifi söyləyib.

Malik Acar Şərifi deyib ki, onlar İrana turist kimi gəliblər: “Ancaq onların Təbrizdəki hərəkətlərinin turizmlə heç bir əlaqəsi yoxdur. Bu da onu göstərir ki, bu iki şəxs casusluq məqsədi ilə ölkəmizə gəliblər”.

Qeyd edək ki, Şərqi Azərbaycan vilayətinin inzibati mərkəzi olan Təbrizə gələn almanların turist vizaları olub, jurnalist fəaliyyəti üçün isə akkreditasiyadan keçməyiblər. Bununla belə, onlar ərinə xəyanətdə günahlandırılaraq edama məhkum edilmiş Azərbaycan əsilli Səkinə Mohammadi Aştianinin ailə üzvlərindən müsahibə götürmək istəyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar