NATO Rusiyanı Gürcüstandan çıxmağa çağırdı
16 noyabr 2010 14:14 (UTC +04:00)

NATO Rusiyanı Gürcüstandan çıxmağa çağırdı

NATO Parlament Assambleyasında (PA) bu gün “Gürcüstandakı vəziyyət haqqında” qətnamə müzakirəyə çıxarılıb. Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, Varşavada keçirilən iclasda müzakirəyə çıxarılan sənəddə qeyd olunur ki, Rusiya Gürcüstanla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

NATO PA Moskvanı atəşi dayandırmağa və qoşunlarını Gürcüstan ərazilərindən çıxarmağa çağırır. NATO PA wmid edir ki, Rusiya beynəlxalq müşahidəçiləri Abxaziya və Cənubi Osetiyaya buraxacaq.

Qətnamə layihəsində Gürcüstanla aparılan islahatlar bəyənilir və Gürcüstanın mütləq NATO üzvü olacağı barədə Buxarest sammitində qəbul olunan qərarın qüvvədə qaldığı vurğulanır.

Varşavada olan Gürcüstan parlamentinin sədri David Bakradze deyib ki, qətnamənin NATO PA-da dəstəklənəcəyinə və qəbul olunacağına əmindir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar