Almaniya prezidentinə məşhur xanım yazıçıdan intim təklif...
15 noyabr 2010 18:47 (UTC +04:00)

Almaniya prezidentinə məşhur xanım yazıçıdan intim təklif...

Almaniyada satışı rekordlar qıran “Təbii bölgələr” kitabının xanım yazarı Şarlotta Rosheun prezident Kristan Vulfa onunla cinsi əlaqədə olmağı təklif edib. Lent.az-ın “Der Şpigel” jurnalına istinadən verdiyi məlumata görə, bunu Şarlotta Rosheun özü jurnala müsahibəsində söyləyib.

Ətraf mühitin qorunması uğrunda mübarizə aparan və ölkədə atom elektrik stansiyalarının (AES) qapadılmasını istəyən xanım yazarın yalnız bir şərti var. Şarlotta Rosheun deyib ki, Almaniya prezidenti hökumətin ölkədəki AES-lərin qapadılmasının 2035-ci ilə qədər təxirə salınması barədə qərarına veto qoyarsa, bu halda məmnuniyyətlə onunla yatağa girər.

Xanım yazar Almaniya hökumətinin AES-lərin qapadılmaması yönündə yürütdüyü siyasətdən çox narahat olduğunu vurğulayıb.

Qeyd edək ki, Almaniyada hazırda 17 AES var. 2000-ci ildə Sosial Demokrat Partiyası və Yaşıllar Partiyasının qurduğu koalision hökumət AES-lərin 2021-ci ildə qapadılması barədə qərar qəbul edib. İndi isə Almaniya hökuməti 13 AES-in bağlanılma müddətinin 2035-ci ilə qədər uzadılması barədə qərar çıxarıb. Bu isə ətraf mühitin qorunması uğrunda mübarizə aparanların etirazına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar