Günəşdə baş verən partlayış interneti vurdu
15 noyabr 2010 19:15 (UTC +04:00)

Günəşdə baş verən partlayış interneti vurdu

Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, noyabrın 14-də partlayış dalğaları səbəbindən bir çox ölkələrdə internet saytlarına girişdə problem yaşanıb.


Məsələn, Türkiyədə internet istifadəçiləri başqa ölkələrin internet saytlarına girə bilməyiblər, mərkəzi Türkiyədə olan saytlara daxil olmaq isə dəqiqələrlə vaxt aparıb. Problemlər dünən axşama doğru azalmağa başlayıb.


Kompüter mütəxəssisi Tamer Şahin deyib ki, problem Günəşdəki partlayışdan qaynaqlanır, peyklərin siqnal ötürməsində ciddi problem yaranıb. Onun sözlərinə görə, Günəş partlayışları elektromaqnit dalğalanmalar yaradır və bu dalğalar da internetin normal işləməsinə mane olur. Belə partlayışlar bəzi peyklərin də fəaliyyət müddətinin qısalmasına, tez sıradan çıxmasına səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778

Oxşar yazılar