“İnterpol”un axtardığı məşhur “qanuni oğru” Moskvada tutuldu
03 noyabr 2010 15:50 (UTC +04:00)

“İnterpol”un axtardığı məşhur “qanuni oğru” Moskvada tutuldu

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Tyurik” haqqında İspaniyada xüsusi təhlükəli cinayətkar kimi axtarış elan olunub.

“Tyurik” mütəşəkkil cinayətkarlıqda və çirkli pulların yuyulmasında günahlandırılır.

Təhqiqatçıların məlumatına görə, “Tyurik” Rusiyada ən varlı və böyük təsirə malik qanuni oğrulardan biridir. O, “Ded Xasan” ləqəbli Aslan Usoyanın cinayətkar klanına daxildir.

Son vaxtlar “Tyurik” İrkutsk vilayətində və Peterburqda kriminogen situasiyaya təsir göstərməyə cəhd edib. O, “Qardaşlar” cinayətkar qruplaşmasının lideridir və bu qruplaşma 1990-cı illərdə Bratskda alüminium sənayesinə nəzarət edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289

Oxşar yazılar