Yaponiya Rusiyadan səfirini geri çağırmağa hazırlaşır
01 noyabr 2010 18:27 (UTC +04:00)

Yaponiya Rusiyadan səfirini geri çağırmağa hazırlaşır

Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Kuril arxipelağındakı Kunaşir adasına səfər etməsi Moskva-Tokio münasibətlərində gərginliyə yol açıb. Lent.az-ın “Kiodo” agentliyinə istinadən verdiyi məlumata görə, Yaponiya hökuməti cavab addımı kimi Yaponiya səfirinin Moskvadan geri çağırılması, yaxud səfirin müvəqqəti Tokioya qayıtması variantları nəzərdən keçirilir.

Baş nazir Naoto Kan parlamentdə dinləmələr zamanı Dmitri Medvedevin Kuril adalarına səfərindən təəssüfləndiyini dilə gətirib.

Qeyd edək ki, Cənubi Kuril adaları Yaponiyanın tarixi torpaqlarıdır. İkinci Dünya Müharibəsinin gedişində bu adalar sovet qoşunları tərəfindən işğal olunub, Rusiyanın tərkibinə daxil edilib. Ancaq Tokio bu adaların itirilməsi ilə razılaşmır və 1945-ci ildən bu vaxta qədər iki dövlət arasında sülh müqaviləsi imzalanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 945

Oxşar yazılar