ABŞ İranla əlaqəsi olan 37 şirkətə qarşı sanksiya tətbiq etdi
28 oktyabr 2010 14:21 (UTC +04:00)

ABŞ İranla əlaqəsi olan 37 şirkətə qarşı sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İran Gəmiçilik Şirkəti ilə əlaqədə olan 37 şirkətə və 5 İran vətəndaşına sanksiya qoyduğunu açıqlayıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, nazirliyin bəyanatında bildirilib ki, Almaniya, Malta və Kiprdə qeydiyyata alınaraq üzdə başqa adlarla fəaliyyət göstərən həmin 37 şirkətdən əslində İran Gəmiçilik Şirkətinin fəaliyyəti üçün istifadə edilir və Tehran öz gizli fəaliyyətlərini gəmiçilik şirkətlərindən ibarət mürəkkəb bir şəbəkənin arxasında aparır”.

Maliyyə Nazirliyi 37 şirkətin idarə olunmasında mühüm rolu olan 5 İran vətəndaşına (Məhəmməd Təlayi, Mənsur İslami, Əhməd Sərkəndi, Qasım Nəbipur və Nasir Batini) sanksiya qoyduğunu da bəyan edib.

Bəyanatda Hamburqda qeydiyyata alınan 11 şirkətin rəhbəri, İran Gəmiçilik Şirkətinin Almaniyadakı səlahiyyətli nümayəndəsi Məhəmməd Təlayi və həmin şəhərdə fəaliyyət göstərən bir neçə şirkətin baş direktor müavini Mənsur İslaminin adları xüsusi qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar