Türkiyənin “Qırmızı Kitab”ı dəyişdi
Oktyabrın 27-də Türkiyədə prezident Abdulla Gülün sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, toplantı 5 saat 15 dəqiqə davam edib.
Toplantıda yeni hazırlanmış Milli Təhlükəsizlik Siyasəti Sənədi müzakirə edilib və bəyənilib. Bununla bağlı çıxarılan tövsiyə xarakterli qərar Nazirlər Kabinetinə göndəriləcək.
Toplantıdan sonra Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və ordu komandanları bir araya gəliblər. Növbəti, üçüncü görüş Abdulla Gül və Rəcəb Tayyib Ərdoğanın iştirak ilə keçirilib və görüşdən sonra 1,5 səhifəlik bəyanat yayılıb.
Bəyanatda sürpriz terrorla mübarizə ilə bağlı maddələr olub. PKK terror təşkilatına qarşı hərtərəfli mübarizənin bundan sonra da əzmkarlıqla aparılacağı vurğulanıb. Terror təşkilatının yollara mina basdırmaqla uşaq və qadınları da hədəfə aldığı, bununla da insani dəyərlərə önəm vermədiyini sübut etdiyi qeyd olunub. Bəyanatda dost və müttəfİq ölkələrə çağırış da yer alıb: “Dost və müttəfiq ölkələrin bu məqamları ciddi bir şəkildə və məsuliyyətlə nəzərə almağa, terror təşkilatı nümayəndələri və tərəfdarlarının ölkələrində fəaliyyət göstərmələrinə imkan yaratmamağa, terrorun maddi qaynağının yox edilməsi üçün təsirli tədbirlər görməyə çağırırıq”.
Qeyd edək ki, məxfi saxlanılan Milli Təhlükəsizlik Siyasəti Sənədinə Türkiyənin “Qırmızı Kitabı” da deyilir. Milli Təhlükəsizlik Konsepsiyası xarakteri daşıyan sənəddə düşmən və dost ölkələr müəyyənləşdirilir, ölkənin xarici siyasətinin təməl prinsipləri yer alır, dövlət üçün daxili təhdid sayılan qüvvələr qeyd olunur. Yeni Milli Təhlükəsizlik Siyasəti Sənədində hansı dəyişikliklərin olduğu barədə məlumat yoxdur. Türkiyə mətbuatı baş nazir Rəcəb Tayyib Ərdoğanın bundan öncəki çıxışlarına əsaslanaraq yazırlar ki, böyük ehtimalla, öncəki ilə müqayisədə yeni Qırmızı Kitabda ölkə daxilindəki dini qruplar dövlət üçün təhdid mənbəyi kimi göstərilməyəcək, Yunanıstan düşmən dövlətlər siyahısından çıxarılacaq, İsrail Türkiyə üçün təhlükə vəd edən dövlət kimi göstəriləcək.

719