Vaşinqton metrosunun partladılmasının qarşısı alınıb
28 oktyabr 2010 11:11 (UTC +04:00)

Vaşinqton metrosunun partladılmasının qarşısı alınıb

ABŞ Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları oktyabrın 27-də Vaşinqton metrosunda partlayış törətməyə hazırlaşmaqda şübhəli sayılan şəxsi saxlayıblar. Lent.az-ın “The Washington Times” qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılan ABŞ-ın Pakistan əsilli vətəndaşı, 34 yaşlı Faruk Əhməddir.


Faruk Əhməd Virciniya ştatında yaşayıb. İstintaqın versiyasına görə, o, “əl-Qaidə” terror təşkilatının üzvləri üçün informasiya toplayıb. Faruk Əhməd bu prosesə hazırlıq dövründə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən izlənib. 2010-cu ilin aprelində o, bir nəfərlə görüşüb və metroda partlayış törətmək üçün imkan olan yer barədə məlumat verib. Terror aktının Vaşinqton yaxınlığındakı Virciniya nəqliyyat sistemində və Kolambiya dairəsində törədilməsi nəzərdə tutulub.


May ayında Faruk Əhməd Vaşinqtonda mehmanxanaların, Arlinqton şəhərində metro stansiyalarının şəklini çəkmək barədə tapşırıq alıb. Terror təşkilatının üzvləri bu obyektlərdə təhlükəsizlik tədbirlərinin səviyyəsini öyrənmək istəyiblər. Faruk Əhməd ən azı 4 dəfə bu yerlərdə videoçəkilişlər aparıb. Sentyabrda Faruk Əhməd sifarişçilərlə görüşüb və insan itkisinin daha çox olacağı yerlərlə bağlı məlumat çatdırıb. O, ABŞ sərhədlərini tərk edərək cihadda iştirak etmək niyyətində olduğunu, ancaq həccə getdikdən sonra terrorçuların sırasına daxil olacağını da söyləyib. Faruk Əhməd noyabrda həccə getməyi planlaşdırırmış.


Əgər Faruk Əhməd terrorçular üçün məlumat toplamaq və onlara kömək etməklə bağlı günahını etiraf edərsə, onu 50 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar