Rusiya aeroportları da sovet istehsalı olan təyyarələri qəbul etmir
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, bunu aeroportun baş direktorunun birinci müavini Vitali Vantsev bildirib.
Aeroport “Tu-164M” tipli təyyarələri gecə saatlarında qəbul etməyəcək. Onun sözlərinə görə sovet istehsalı olan təyyarələrin aeroporta enişinə icazə verilməməsi barədə qərarın səbəbi Moskvaya yaxın yerləşən aeroportda səs-küyün azaldılması məqsədi ilə bağlıdır: “Əvvəllər səs-küylü təyyarələri məhdudlaşdırmağa iqtisadiyyatımız imkan vermirdi. Ancaq indi aviaşirkətlərin parkında yetərincə müasir təyyarələr var. Ona görə də Nəqliyyat Nazirliyi və “Rusaviasiya” köhnə təyyarələrin gecə uçuşunu qadağan edəcək sənəd hazırlayır. Bu qadağa hələ “Domodedovo” və “Şeremetevo” aeroportlarını əhatə etməyəcək”.

694