Qırğızıstan yenə qaynayır
Qırğızıstanın Ata Yurt Partiyasının lideri Kamçıbek Taşıyev sui-qəsd cəhdinə məruz qaldığını bildirib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, iki həftə öncə keçirilən seçkilərin qalibi olan Kamçıbek Taşıyev bu gün keçirdiyi mətbuat konfransına əli sarıqlı və üzərində qan ləkələri olan köynəklə gəlib.
O, evinin qarşısında sui-qəsd cəhdinə məruz qaldığını söyləyib. Kamçıbek Taşıyevin bu açıqlamasından sonra paytaxt Bişkekdə yüzlərlə insan küçələrə çıxıb. Nümayişçilər Milli Kəşfiyyat Təşkilatının rəhbərinin istefasını və 10 oktyabr seçkilərinin yekun nəticələrinin açıqlanmasını tələb ediblər.
Qırğızıstan hüquq-mühafizə orqanları hələlik iddia ilə bağlı rəsmi açıqlama verməyib. Ədliyyə nazirinin müavini Aybek Turqunbayev Kamçıbek Taşıyevin öz mühafizəçilərinin səbəb olduğu toqquşmada yaralanmış ola biləcəyini söyləyib.

Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13