440 qaraçı ombudsman, 100 qaraçı vəkil hazırlanacaq
22 oktyabr 2010 14:23 (UTC +04:00)

440 qaraçı ombudsman, 100 qaraçı vəkil hazırlanacaq

Avropa Şurasının 47 üzv ölkələrinin nümayəndələri, eləcədə Avropa Birliyi və Qaraçılar icması Strasburqda toplaşaraq qaraçılara qarşı geniş yayılmış ayrı-seçkilik, onların sosial və iqtisadi cəhətdən kənarlaşdırılmasını yekdilliklə pisləyiblər.

Lent.az-ın Avropa Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə. Avropa Şurasının baş katibi Torbyorn Yaqland deyib ki, hərəkətə keçmək zamanını gəlib.

O, Avropalı həmvətəndaşları hesab olunan qaraçılara həqiqətən yardım göstərmək qərarına gəldiklərini bildirib: “Üzv ölkələrin hökumətləri Avropada yaşayan təxminən 12 milyon qaraçının problemlərini birgə səyləri ilə Avropa miqyasında həll etmək qərarına gəliblər. Görüləcək işin əsas prinsipləri və prioritetləri Strasburq Bəyannaməsinə daxil edilib. Bəyannamə qeyri ayrı-seçkilik, vətəndaşlıq, qadın və uşaqların hüquqları, sosial inteqrasiya, eləcədə təhsil, yaşayış və sağlamlığın qorunması və hüquq və imkanların genişləndirilməsi, ədalətə müdaxilənin təkmilləşdirilməsi prinsiplərini əhatə edir”.

O icmalara hüquqi və inzibati məsələlər üzrə konsultasiya verəcək mindən çox qaraçı ombudsmanlar üçün yeni Avropa təlim proqramının yaradılmasını nəzərdə tutur. 2011-ci ildə təxminən 440 qaraçı ombudsman təlimdən keçəcək və bu rəqəm mövcud resurslardan asılı olaraq sonrakı illərdə 1000-dən çox ola bilər. Avropa Şurası 2011-ci ildə 100 hüquqşünasın hazırlaşdırmasını planlaşdırır. Qaraçı ombudsmanlar və vəkillər yaşayış, təhsil, səhiyyə xidməti və əmək bazarına müdaxiləyə dair məsələlərin həll olunması üzərində çalışacaq, eləcədə qaraçı icmaların vətəndaş cəmiyyəti ilə əlaqələrini təmin edəcəklər. Bu tədbirlər Avropa Şurasının milli, regional və yerli hakimiyyət orqanları, eləcədə beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərində təcrübəsinə arxalanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar