Səudiyyə Ərəbistanı şahzadəsi ömürlük həbs cəzası aldı
21 oktyabr 2010 10:48 (UTC +04:00)

Səudiyyə Ərəbistanı şahzadəsi ömürlük həbs cəzası aldı

London Mərkəzi Cinayət Məhkəməsi Səudiyyə Ərəbistanının 34 yaşlı şahzadəsi Səud bin Abdulaziz bir Nasir əl-Səudu xidmətçisinin ölümündə günahkar sayıb. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmə şahzadəni ömürlük azadlıqdan məhrum edib.

Səud bin Abdulaziz bir Nasir əl-Səud 20 ildən sonra azadlığa buraxılması üçün məhkəməyə xahişlə müraciət edə bilər. Məhkəmənin hakimi David Bean məhkəmə prosesində şahzadəyə xitabən deyib: “Səudiyyə Ərəbistanının kral ailəsinə mənsub olduğunuz üçün sizə daha çox, ya da ağır cəza verməm yanlış olar”.

İstintaq materiallarına görə, Səud bin Abdulaziz bir Nasir əl-Səud 2010-cu il fevralın 15-də Londondakı “Landmark” otelində 32 yaşlı xidmətçisi Bandar Abdul Abdulazizi döyüb və boğub. İstintaqın versiyasına görə, şahzadə kişi xidmətçisi ilə qeyri-ənənəvi cinsi əlaqəyə girib və erotik oyun zamanı bu olay baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar