Avropa Parlamenti Kipr türklərini üzən qərar verdi
Avropa Parlamentinin Hüquq Komitəsi Avropa Birliyi və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında ticarətin başlamasını nəzərdə tutan layihənin “qanuni əsası olmadığı”na qərar verib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Hüquq Komitəsinin bu qərarı ilə Avropa Birliyi ölkələrinin 6 il əvvəl ŞKTC-yə ticarət əlaqələrinin qurulması ilə bağlı verdikləri vəd boşa çıxıb.
Qeyd edək ki, Yunan Kiprinin vetosunu aşmaq üçün Avropa Komissiyası Avropa Parlamentinin Hüquq Komitəsinə müraciət edib. Ancaq Hüquq Komitəsi Kipr türklərinin yalnız yunanların razılığı ilə Avropa Birliyi ölkələri ilə ticarət əlaqələri qura biləcəyini vurğulayıb.
Hüquq Komitəsində yaşıllar və liberallar istisna ilə, digər siyasi qüvvələri təmsil edən avropalı deputatlar yunanların lehinə səs veriblər. Layihə yenidən işlənmək üçün geri qaytarılıb. Ancaq bu halda da son nəticədə layihənin qəbulu üçün hamının səs verməsi lazımdır. Kipr yunanlarının təmsilçilərinin bunun əleyhinə çıxacağı və layihənin yeni variantının da qəbul olunmayacağı öncədən aydındır.
ŞKTC prezidenti Derviş Eroğlu Avropa Parlamenti Hüquq Komitəsinin qərarına sərt reaksiya verib. O deyib ki, bu qərarla Kiprin türk xalqı ilə Avropa Birliyi arasında etimad böhranı yaranıb və Avropa Kipr probleminin çözülməməsinə faktiki siyasi dəstək verib: “Kipr türklərini 6 il boş yerə gözlədiblər. Bu, Avropa Birliyinin acizliyini və BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlara müsbət töhfə verə bilməyəcəyini göstərib”.

Oxşar yazılar

Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24
ABŞ-da itən bir yaşlı qız üç il sonra sağ tapıldı
19 iyun 2025 , 06:57
İsrail Tehrana və İranın digər bölgələrinə zərbələr endirir
19 iyun 2025 , 05:50
Yaponiyada güclü zəlzələ baş verdi
19 iyun 2025 , 04:48
Məşhur aktyor Halk Hoqan xəstəxanaya yerləşdirildi
19 iyun 2025 , 02:32
İsrail 60 qırıcı ilə Tehranda 20-dən çox hərbi hədəfi vurdu
19 iyun 2025 , 00:32
İran ilk dəfə "Səccil" raketini buraxdı
18 iyun 2025 , 23:08