Fransada aeroport və vağzallar mühasirəyə alınıb
Fransada hökumətin pensiya yaşını 60 yaşdan 62 yaşa qaldırmaqla bağlı islahatlarına etiraz edən həmkarlar ittifaqları vağzal və aeroportları mühasirəyə almağa başlayıblar. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, həmkarlar ittifaqı bu addımı hökumətin polisin köməyi ilə aksiyaçıların əhatəyə aldıqları yanacaq ehtiyat anbarlarını nəzarətə götürməsinə cavab olaraq atıb.
Bu səhər polis Conje, Le-Mane və Laroşeldə yerləşən 3 böyük yanacaq ehtiyatı anbarına girişi açıb. Həmkarlar ittifaqları isə Buş-dyu-Ron departamentindəki Por-de-Buk yanacaq ehtiyatı anbarı qarşısında piket keçirirlər. Bu anbar strateji əhəmiyyət daşıyır, aeroportlara, o cümlədən hərbi bazalara təyyarə yanacağı məhz bu anbardan gedir.
500 aksiya iştirakçısı da Klermon-Verrane aeroportunu mühasirəyə alıb. Nantda isə avtovağzalın işi iflic olub. Aksiyaçılar şəhər aeroportunun da yolunu bağlayıblar.

Oxşar yazılar

Yaponiyada güclü zəlzələ baş verdi
19 iyun 2025 , 04:48
Məşhur aktyor Halk Hoqan xəstəxanaya yerləşdirildi
19 iyun 2025 , 02:32
İsrail 60 qırıcı ilə Tehranda 20-dən çox hərbi hədəfi vurdu
19 iyun 2025 , 00:32
İran ilk dəfə "Səccil" raketini buraxdı
18 iyun 2025 , 23:08
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
18 iyun 2025 , 17:47
İsrail İranın Daxili Təhlükəsizlik Qərargahını MƏHV ETDİ
18 iyun 2025 , 17:38
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
18 iyun 2025 , 16:28