Polşada qan töküldü, ölkə qarışdı
Oktyabrın 19-da 62 yaşlı Rıçard T. adlı bir nəfər Qanun və Ədalət Partiyasının Lodz şəhərində yerləşən şöbəsinə hücum edib.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Polşanın Avropa Parlamentindəki deputatı Marek Rosyakın 62 yaşlı köməkçisi açılan atəş nəticəsində vəfat edib.
Seymin deputatı Pavel Kovalskinin 39 yaşlı köməkçisi isə bıçaq yarası alıb və yaxınlıqdakı xəstəxanada yerləşdirilib. Onun durumu ağırdır.
Cinayətkar yaxalanıb və o, törətdiyi cinayəti etiraf edib. O deyib ki, məqsədi Yaroslav Kaçinskini öldürmək olub: “Ancaq mənim kiçik tapançam vardı. Mən Qanun və Ədalət Partiyasının əleyhdarıyam, Yaroslav Kaçinskini öldürmək istəyirdim”.
Qeyd edək ki, Qanun və Ədalət Partiyasnın sədri Polşanın aviaqəzada həlak olan prezidenti Lex Kaçinskinin qardaşı Yaroslav Kaçinskidir.
Yaroslav Kaçinskinin tərəfdarları baş verən olaya görə hakim Vətəndaş Platforması Partiyası və baş nazir Donald Tuskun məsuliyyət daşıdığını bildiriblər. Hazırda Yaroslav Kaçinskinin tərəfdarları baş nazir Donald Tuskun dəftərxanasının qarşısına yığışırlar.
Polşa prezidenti Bronislav Komorovski isə olayı pisləyib və zərərçəkmişlərin ailələrinə başsağlığı verib. Prezident bütün polyakları bu cinayəti hadisəsinə qiymət verərkən təmkinli olmağa çağırıb: “Bizə müdrik və məsuliyyətli olmaq lazımdır, gərginliyə yol vermək olmaz”.

Oxşar yazılar

Yaponiyada güclü zəlzələ baş verdi
19 iyun 2025 , 04:48
Məşhur aktyor Halk Hoqan xəstəxanaya yerləşdirildi
19 iyun 2025 , 02:32
İsrail 60 qırıcı ilə Tehranda 20-dən çox hərbi hədəfi vurdu
19 iyun 2025 , 00:32
İran ilk dəfə "Səccil" raketini buraxdı
18 iyun 2025 , 23:08
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
18 iyun 2025 , 17:47
İsrail İranın Daxili Təhlükəsizlik Qərargahını MƏHV ETDİ
18 iyun 2025 , 17:38
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
18 iyun 2025 , 16:28