Kriştiano Ronaldo və sevgilisinin yaxta tətili:  Romantik anların FOTOLARI
04 sentyabr 2024 19:34 (UTC +04:00)

Kriştiano Ronaldo və sevgilisinin yaxta tətili: Romantik anların FOTOLARI

8 ildir Kriştianu Ronaldo ilə sevgili olan Corcina Rodriqes tətilə Sen-Tropeyə yollanıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, lüks yaxtada görüntülənən cütlüyün romantik anlar anbaan kameralara düşüb. 

Kriştiano Ronaldo və Corcina Rodriqeslə 2016-cı ildə Madriddə Rodriqesin işlədiyi mağazada tanış olduqdan qısa müddət sonra görüşməyə başlayıblar. Məşhur cütlüyün Alana (6) və Bella (2) adlı iki övladı var.  

"Mançester Yunayted"lə yollarını ayırdıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası ilə müqavilə imzalayan Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqes Sen-Tropedə görüntülənib.

39 yaşlı portuqaliyalı futbolçu ilə Rodriqesin romantik anları anbaan lentə alınıb.

Ağ bikiniyə üstünlük verən 30 yaşlı model oval gün eynəyi, boyunbağı və bir neçə qolbaqla görünüşünü tamamlayıb.

Cütlük yaxtanın aşağı göyərtəsində istirahət edərkən içkilərini ağ qəhvə fincanlarından içib, ayaqlarını suya sallayıblar. Onların söhbəti zamanı Rodriqes əlini Ronaldonun çiyninə qoyub.

Bir anda Rodriqes oturub seyr edərkən Ronaldo okeana cəsarətlə tullanıb.

Rodriqes daha sonra bikinisinin üzərinə ağ köynək geyib, Ronaldo isə yaşıl formasına qara beysbol papağı əlavə edib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756
avatar

Oxşar yazılar