Məşhur model  televizor ustasına da ərə getməyə  hazırdır
23 sentyabr 2026 19:46 (UTC +04:00)

Məşhur model televizor ustasına da ərə getməyə hazırdır

0

İrina Şeyk yenidən ailə qurmağa hazır olduğunu açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 40 yaşlı model şəxsi həyatı, tənhalıq, yaş və gələcək münasibətləri barədə danışıb. Hazırda münasibəti olmayan Şeyk sevgiyə və evliliyə inandığını bildirib.

Model gələcək həyat yoldaşının məşhur və ya müəyyən peşə sahibi olmasının onun üçün əhəmiyyət daşımadığını deyib. Söhbət zamanı İrina Şeykin anası Olqa zarafatla qızının gələcək ərini evə televizor təmir etməyə gələn ustalar arasında belə tapa biləcəyini söyləyib. Şeyk isə həmin şəxsin yaxşı insan olacağı təqdirdə bunun mümkün olduğunu bildirib.

İrina Şeyk yeni münasibət üçün əsas şərtlərinin sevgi və sakitlik olduğunu vurğulayıb. 

Qeyd edək ki, Şeykin ən çox müzakirə olunan münasibətlərindən biri Kriştiano Ronaldo ilə olub. Onlar 2010-cu ildə reklam çəkilişi zamanı tanış olublar və beş il birlikdə olublar. Cütlük 2015-ci ildə ayrılıb.

Daha sonra İrina Şeyk aktyor Bredli Kuperlə münasibətə başlayıb. Onların münasibəti dörd il davam edib. 2017-ci ildə cütlüyün Lea adlı qızı dünyaya gəlib. Şeyk və Kuper 2019-cu ildə ayrılsalar da, övladlarını birlikdə böyütməyə davam edirlər.

Sonrakı illərdə modelin amerikalı futbolçu Tom Bredi ilə münasibətdə olduğu iddia edilib. 2026-cı ilin yayında isə Şeykin basketbolçu Devin Bukerlə görüşdüyü barədə xəbərlər yayılıb. Lakin model bu münasibətləri təsdiqləməyib.

шейк и купер

Ирина Шейк и Криштиану Роналду

Ирина Шейк

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar