Piter Fillips və həyat yoldaşı Otem Kelli
16 iyun 2021 02:14 (UTC +04:00)

Piter Fillips və həyat yoldaşı Otem Kelli

Kraliçanın nəvəsi rəsmən boşandı - FOTO

Şahzadə Annanın oğlu və şahzadələr Uilyam və Harrinin əmisi oğlu Piter Fillips və onun həyat yoldaşı Otem Kelli 13 illik nikahdan sonra boşanıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, cütlük boşanmalarını hələ ötən ilin fevral ayında elan etsələr də, ancaq indi rəsmi boşanmış olublar. 

Ayrılığın səbəbi açıqlanmır. 

Onların iki övladı var – 10 yaşlı Savanna və 9 yaşlı Ayla.

Qeyd edək ki, Piter Böyük Britaniyanın karliçası II Yelizavetanın nəvəsidir.

# 3981
avatar

Oxşar yazılar