"Milli Qəhrəman"  adı verilən Pəncəli Teymurov kimdir? - BİOQRAFİYA
07 noyabr 2025 17:00 (UTC +04:00)

"Milli Qəhrəman" adı verilən Pəncəli Teymurov kimdir? - BİOQRAFİYA

0

Xəbər verdiyimiz kimi, bu gün Pəncəli Teymurov Prezident İlham Əliyev tərəfindən "Milli Qəhrəman" adı ilə təltif olub.

Lent.az Pəncəli Teymurov haqqında bioqrafiyanı təqdim edir:

Pəncəli Teymurov kimdir?

Pəncəli Nurməmməd oğlu Teymurov 2016-cı il Aprel döyüşlərində şəhid olub.

Gizir rütbəsi daşıyan Pəncəli Teymurov xüsusi təyinatlı, erməni hərbçilərini lərzəyə gətirən hərbçi kimi xarakterizə olunur.

Pəncəli Teymurov harada anadan olub?

Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub.

1986-98-ci illərdə Astara rayonu, Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub.

Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.

Pəncəli Teymurov nə vaxt ailə həyatı qurub?

Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub.

Pəncəli Teymurov nə vaxt şəhid olub?

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girib və döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib. Aprelin 3-də son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhadətə yüksəlib.

Pəncəli Teymurov harada dəfn edilib?

Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində aprelin 11-də dəfn olunub. Onun məzarı hər il minlərlə şəxs tərəfindən ziyarət olunur.

Pəncəli Teymurov hansı təltiflərə layiq görülüb?

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli 2015-ci ildə işğal altında olan ərazilərdə xüsusi əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.

Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Pəncəli Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 780

Oxşar yazılar