Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında vəfat edib.
Lent.az "Bioqrafiya" rubrikasında onun haqqında məlumatları təqdim edir.
-Züleyxa Hacıyeva kimdir?
Züleyxa Hacıyeva diktor, ilk qadın idman ustası, Respublikanın əməkdar artistidir.
-O, nə zaman və harada dünyaya gəlib?
O, 25 avqust 1923-cü ildə Bakıda dünyaya gəlib.
-Onun təhsil həyatı necə keçib?
-Z.Hacıyeva 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.
-O, hansı vəzifələrdə çalışıb?
Züleyxa Hacıyeva Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini (1952-1955) işləyib, 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub.
-Z.Hacıyeva hansı verilişlərdə aparıcılıq edib?
Züleyxa Hacıyeva 1942-1992-ci illərdə Azərbaycan Radiosunda bir çox verilişlərin – “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” kimi verilişlərin aparıcısı olub.
-O, hansı mükafatlara layiq görülüb?
Azərbaycan Respublikası əməkdar artisti (1979), SSRİ idman ustası (1941), Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü (2002) adlarına layiq görülüb.
-Züleyxa Hacıyeva gimnastika üzrə hansı uğurları qazanıb?
O. gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu (1941-48) olub.
-Züleyxa Hacıyeva idmanda başqa hansı uğur qazanıb?
O, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançısından biri seçilib.
-Diktor olmaq arzusu necə yaranıb?
Radioya diktor olmaq üçün getməyib. Gimnastikadakı uğurlarına görə radioya qonaq çağırılıb. Canlı efirdə danışığı və səsinin mikrofona uyğunluğu diqqət çəkib, verilişdən sonra ona radioda qalmağı təklif ediblər.
-Onun ailə həyatı necə olub?
Həyat yoldaşı Kamil Məmmədov da Azərbaycan Radiosunda çalışıb və musiqi redaksiyasına rəhbərlik edib. Züleyxa Hacıyeva ilə Kamil Məmmədov radioda tanış olaraq ailə quran məşhur radio cütlüklərindən olub.
-Hansı bəstəkar ona mahnı həsr edib?
Məşhur bəstəkar Tofiq Quliyev Züleyxa Hacıyevaya ‘"Züleyxa xanım" adlı mahnı həsr edib.
-Z.Hacıyeva nə zaman vəfat edib?
Züleyxa Hacıyeva 2 sentyabr 2026-cı ildə, 103 yaşında vəfat edib.