Məmmədiyə Məmmədov kimdir? - 37 yaşlı icra başçısı
28 sentyabr 2026 22:02 (UTC +04:00)

Məmmədiyə Məmmədov kimdir? - 37 yaşlı icra başçısı

0

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Lent.az yeni icra başçısının qısa bioqrafiyasını təqdim edir:

Məmmədiyə Məmmədov harada doğulub? 

Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub.

Məmmədiyə Məmmədov haralarda təhsil alıb?

Məmmədiyə Məmmədov 2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) Beynəlxalq Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.

2009–2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.

2015–2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomuna layiq görülüb.

2025-ci ildə ABŞ-nin Harvard Universitetində dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursu bitirib.

Məmmədiyə Məmmədov hansı vəzifələrdə çalışıb? 

Məmmədiyə Məmmədov 2013–2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi və sektor müdiri vəzifələrində fəaliyyət göstərib.

Əmək fəaliyyəti dövründə bir sıra yerli və beynəlxalq tədbirlərdə iştirak edib və onların təşkilində yer alıb. 2024-cü ildə Bakıda keçirilən COP29-da fəal iştirakına görə Prezident İlham Əliyevin “Təşəkkürnamə”si ilə təltif olunub.

Məmmədiyə Məmmədov hansı partiyanın üzvüdür? 

Məmmədiyə Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Məmmədiyə Məmmədovun ailə vəziyyəti necədir?

Evlidir, iki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 70

Oxşar yazılar