Əbdul-Qədirov Cavid Teyrun oğlu
16 iyul 2024 15:25 (UTC +04:00)

Əbdul-Qədirov Cavid Teyrun oğlu

İcra başçısı təyin olunan Cavid Əbdul-Qədirov kimdir? - BİOQRAFİYA

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Eyvaz Daşdəmir oğlu QurbanovU Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. 

Prezidentin digər Sərəncamı ilə bu posta Əbdul-Qədirov Cavid Teyrun oğlu gətirilib.

Lent.az Oğuzun yeni icra başçısı Əbdul-Qədirov Cavid Teyrun oğlunun qısa bioqrafiyasını təqdim edir:

Əbdul-Qədirov Cavid Teyrun Oğlu 1984-cü ildə Bakı şəhərində anadan olub.

2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2008-2013-cü illərdə Səhiyyə Nazirliyi-HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Proqramın layihə Əlaqələndirmə Bürosunda maliyyə mütəxəssisi, direktor, 2013-2018-ci illərdə isə “RMDM” ASC-baş direktorun müavini, baş direktor vəzifələrində işləyib.

2018-ci ildə Azərbaycan Respublikaının əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi, 2020-2021-ci illərdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2021-ci ildən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb. 

İngilis, rus dillərini sərbəst bilir.

Ailəlidir, iki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2625
avatar

Oxşar yazılar