İtaliyanın “İnter” klubu Arkadiuş Milikin transferi ilə bağlı danışıqlara start verib.
Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi “Napoli”nin polşalı hücumçusunu yanvarda heyətinə qatmağı planlaşdırır.
Milikin Neapol klubunun planlarına uyğun gəlmədiyindən komandasını dəyişəcəyi gözlənilir. Baxmayaraq ki, danışıqların ilkin mərhələsi müsbət nəticələnməyib.
“İnter” hücum xəttinə daha bir forvard da almaq fikrindədir. Bu, İngiltərə “Çelsi”sinin üzvü Olivye Jirudur.