497
11:41
20 Noyabr 2020

Qarabağda әldә olunan zәfәrin sevinci TRT ekranlarında yaşanacaq

Azәrbaycan Ordusunun Dağlıq Qarabağda әldә etdiyi zәfәrin sevinci Türkiyә Radio vә Televiziya Kanalının musiqi kanalında da yaşanacaq.

Lent.az Türkiyə mediasına istinadən məlumat verir ki, ‘‘TRT Müzik’’ telekanalında ‘‘Qarabağda Bayram Var’’ başlığı altında keçirilәcәk konsertdә Azәrbaycanın qәhramanlıq mahnıları Cavid Tәbrizli, Arzu Kurbani, İmran Koç vә Senem Akdemir tәrәfindәn sәslәndirilәcәk.

Konsert bu gün Türkiyә vaxtı ilә saat 19.45-dә ‘‘ TRT Müzik’’ telekanalında canlı olaraq yayımlanacaq.

Dİgər xəbərlər