572
09:36
20 Noyabr 2020

MAQATE-dən "COVİD-19"lə bağlı YENİ AÇIQLAMA

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertləri VETLAB baytarlıq laboratoriyalarında COVID-19 xəstəliyinə səbəb olmuş SARS-CoV-2 virusunun mutasiyalarını izləməkdə davam edirlər. Danimarkada su samurlarında və onlardan yoluxmuş insanlarda virusun yeni ştampının aşkarlanması barədə məlumatdan sonra agentliyin nümayəndələri ölkə mütəxəssisləri ilə məlumat mübadiləsi məsələlərini müzakirə ediblər.

Lent.az -ın məlumatına görə, AZƏRTAC BMT-nin Xəbərlər Xidmətinə istinadla bildirir ki, MAQATE-nin Baş direktoru Rafael Mariano Qrossi vurğulayıb: ““SARS-CoV-2”-nin yeni ştamplarının izlənməsi MAQATE-nin “Zodiak” layihəsi çərçivəsində prioritet vəzifələrindən biridir. Bu yeni layihə ölkələrə heyvanlardan insana keçən xəstəlikləri aşkarlamağa və onları nəzarətdə saxlamağa kömək edir. Bununla yanaşı, MAQATE-nin dövlətlərə nüvə texnologiyalarına əsaslanan zəruri avadanlıq təqdim edəcəyi bildirilir”.

Qrossi MAQATE-nin lap əvvəldən koronavirus pandemiyasına qarşı mübarizədə fəal iştirak etdiyini söyləyib. Artıq 120-dən çox ölkə yardım üçün agentliyə müraciət edib. Ümumilikdə onlara 1873 diaqnostika avadanlığı göndərilib.

Xatırladaq ki, noyabrın əvvəlində Danimarkada 200-dən çox insanda mənbəyi su samurları olan koronavirusa yoluxma faktı qeydə alınıb. Bundan əlavə, 12 xəstədə mutasiya olunan yeni ştamp aşkarlanıb. İkin məlumatlara görə virusun bu variantı anticisimlərə qarşı həssaslığın azalması baxımından fərqlənə bilər.

Dİgər xəbərlər