261
14:32
07 Noyabr 2020

“WhatsApp”da pulköçürmə sistemi - Mesaj göndərmək kimi asan

“Facebook” şirkətinə məxsus olan “WhatsApp” messencerinin administrasiyası Hindistanda proqramın daxilində pulköçürmələri sisteminin istifadəyə verilməsini elan edib.

Lent.az xəbər verir ki, 2018-ci ildən sınaqdan keçirilən funksiya bu həftə yerli tənzimləyici qurumlar tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Hindistan “WhatsApp” üçün ən böyük bazardır, messencerin 400 milyondan çox istifadəçisi orada yaşayır.

Pulu göndərməyə və qəbul etməyə imkan verən xidmətin istifadəyə verilməsi məlumatların işlənilməsi və saxlanılması ilə bağlı narahatçılıq səbəbindən uzun müddət təxirə salınıb.

Yeni funksiya Hindistan Milli Ödəmə Korporasiyası ilə birgə hazırlanıb. Funksiya real vaxt rejimində 140 bank arasında əməliyyatlar aparmağa imkan verən Vahid Ödəmə İnterfeysinə (UPI) əsaslanır.

“WhatsApp” üzərindən pul göndərmək üçün istifadəçinin bankda hesabı olmalı və ya debet kartı olmalıdır. Hər bir əməliyyat UPI pin kodu ilə təsdiq edilməlidir.

Şirkətin bloqunda məlumat verilib ki, ödənişlər etibarlı qorunur və “WhatsApp” üzərindən pul göndərmək mesaj göndərmək kimi asandır.

Dİgər xəbərlər