73
16:51
06 Noyabr 2020

Dünya mediasına təzyiq edən erməni lobbisi: Bu, sadəcə axmaqlıqdı

Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzlu xarici mediaya çoxsaylı müsahibələri, ölkəmizin uğurlu kommunikasiya fəaliyyəti dünyada erməni yalanlarının ifşa olunması, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın işğalçı siyasəti və hazırda gedən hərbi əməliyyatlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırlmasını təmin edir. Məhz dövlət başçısının, medianın, sosial şəbəkə istifadəçilərimizin və ümumilikdə hər bir azərbaycanlının töhfə verdiyi uğurlu informasiya siyasətinin nəticəsidir ki, dünyada erməni yalanlarının yayılmasının qarşısı alınır, düşmən dövlət öz iddialarını beynəlxalq ictimai rəyə sırıya bilmir. Nəticədə informsiya müharibəsində belə açıq şəkildə məğlub olan Ermənistanın və erməni lobbisinin Fransanın TF1 kanal, “New-York Times” nəşri, CNN telekanalı, İtaliyanın “La Reppublica” qəzetinə və digərlərinə olan təzyiqlərinin başlıca səbəbi də bu nəşrlərin münaqişəyə obyektiv yanaşmasıdır.

TF1 və “New York Times”la və digər nəşrlərlə bağlı bağlı durum onu göstərir ki, erməni lobbi və diaspor təşkilatları üçün söz azadlığı, azad media dəyərləri yoxdur. Mətubat Şurasının sədri Əflatun Amaşovun dediyinə görə, hər hansı kütləvi informasiya vasitəsində yayımlanmış material narazılıq doğura bilər.

“Amma bu narazılığın normal ifadə vasitələri var. Təəssüf ki, bu vasitələr ermənilər üçün tam yaddır. Başlıca təəssüf doğuran məqam isə belə faktlarla bağlı zəruri hüquqi ölçü tədbirinin götürülməməsi ilə bağlıdır. Biz TF1 telekanalının əməkdaşının ölümlə hədələnməsi faktına, bu istiqamətdəki açıq çağırışlara, o cümlədən bir KİV-ə qarşı təhdidə qarşı Fransa hakimiyyətinin susduğunu gördük. Çox miskin mənzərə idi. İndi Amerika Birləşmiş Ştatlarında da susqunluq var. Nə qədər ki, erməni lobbi və diaspor təşkilatlarına yerləşdikləri ölkələrin ərköyün uşaqları kimi münasibət göstəriləcək, onlar da demokratik prinsiplərə bir o qədər sayğısızlıq göstərəcəklər. Heç şübhəsiz, bu, olduqca mənfi presedent yaradır. Belə nəticə hasil olur ki, Qərb cəmiyyəti ali dəyərləri ermənilərə görə heçə sayacaq qədər aciz durumdadır”.

Əslində vəziyyət o həddə çatıb ki, Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə götürən xarici jurnalistlərin demək olar ki, hamısı erməni lobbisinin şantajına məruz qalırlar. Ekspertlərin fikrincə, ağır məğlubiyyətdən başını itirən terrorçu ölkənin dünya mediası ilə bu dildə danışması isə heç şübhəsiz axmaqlıq kimi qiymətləndirilir. Məsələn, “La Repubblica”nın jurnalisti Pietro Del Re Prezident Əliyevə ünvanlandığı “Cənab Prezident, Siz artıq qələbəni dadımsınız" sualına görə ermənilərin qəzəbinə düçar olub. İtaliyanın aparıcı qəzetinin tanınmış jurnalistini bu suala görə ölümlə hədələnir.

Dünya mediasında yalan təbliğat qurmaq üçün milyonlar xərcləyən erməni lobbisi anlamaq istəmir ki, onların cəbhədəki məğlubiyyətinin günahkarı azad media deyil, danışıqlar prosesini pozan, Azərbaycanın mülkü əhalisini qətlə yetirməyi əmr edən Ermənistan rəhbərliyi - Nikol Paşinyandır. “Ermənilərin qanqster fəaliyyətinə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də öz “Twitter” hesabında münasibət bildirib: “İndi də İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi TF1, CNN və "New York Times"ın jurnalistlərini də fiziki təhdidlərə məruz qoymuşdu. Azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumla rı şiddətlə qınayırıq”. Əslində isə erməni lobbisini özündən çıxran bir səbəb var; dünya Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərini əslində nələrdən ibarət olduğunu dərk etməyə başlayır.

Yəni hər şey bu qədər sadə.

Dİgər xəbərlər