154
12:15
06 Noyabr 2020

Bayraq Günündə Bakı-Sumqayıt elektrik qatarlarının qrafiki dəyişəcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti noyabrın 9-u (bazar ertəsi) qeyri-iş gününün (Dövlət Bayraq Günü) olması ilə bağlı Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edib.

Lent.az -a cəmiyyətdən verilən məlumata görə, həmin gün yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:

- Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar;

- Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar;

- Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar;

- Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar;

- Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar;

- Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 7-8 noyabr (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.

Dİgər xəbərlər