ABŞ-da 59-cu prezident seçkiləri: Tramp tərəfdaşları etiraz edir
06 noyabr 2020 10:25 (UTC +04:00)

ABŞ-da 59-cu prezident seçkiləri: Tramp tərəfdaşları etiraz edir

ABŞ-da 59-cu prezident seçkilərində bülletenlər sayılarkən bu ana qədər 264 nümayəndəni qeydiyyata yazdıran demokratların namizədi Co Bayden öndə gedir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Co Baydenin daha 6 nümayəndəni də qazanacağı təqdirdə artıq onun qalib olacağı deyilir. Respublikaçıların namizədi Donald Trampın seçki komandası isə bir çox yerlərdə seçki prosesinə etiraz ediblər.

Hazırda seçki prosesində gözlər Şimali Karolina, Corcia, Nevada və Pensilvaniyadakı nəticələrə dikilib. Adları çəkilən ərazilərdə bülleten nəticəsindən asılı olaraq, ABŞ prezidentinin kimliyi bəlli olacaq. İndiyə qədər ölkədə səslərin 50.4 faizini alan Co Bayden 264 nümayəndə qazandığı halda, respublikaçıların namizədi Donald Tramp səslərin 47.9 faizini alaraq, 217 nümayəndə əldə edib. Prezident olmaq üçün namizədlərin ən azı 270 nümayəndə əldə etməsi lazımdır. 11 nümayəndəsi olan Arizona və 6 nümayəndəsi olan Nevada əyalətlərində səsvermənin nəticəsindən asılı olaraq, Co Baydendən qalibiyyət açıqlaması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar