Paytaxtın 553 küçəsi dezinfeksiya edildi - FOTO
11 oktyabr 2020 16:19 (UTC +04:00)

Paytaxtın 553 küçəsi dezinfeksiya edildi - FOTO

Bakı küçələrində dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq oktyabrın 10-u və 11-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının tərəfindən paytaxt ərazisi üzrə lokal ərazilərdəki əsas küçə,  prospekt və yollarda, həmçinin qəsəbələrdə  kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfərdən çox işçilərin köməyi ilə artıq 14-cü dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 553 küçə dezinfeksiya olunub.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.

# 340
avatar

Oxşar yazılar