<font color=red>®</font> "Azercell" abunəçilərinə hədiyyə balans qazandırır!
23 sentyabr 2020 15:22 (UTC +04:00)

® "Azercell" abunəçilərinə hədiyyə balans qazandırır!

Ölkənin ən çox seçilən mobil operatoru “Azercell Telekom” MMC daha bir ilkə imza ataraq yerli bazara yeni “Paylaş-Qazan” proqramını gətirir.

Regionda bu xidməti ilk təqdim edən Azercell, “Kabinetim” tətbiqinin imkanlarını növbəti dəfə genişləndirir və abunəçilərinə hədiyyə balans qazanmaq üçün unikal imkan yaradır.

Beləliklə, sentyabr ayının 18-dən etibarən mobil operatorun abunəçiləri “Kabinetim” tətbiqində “Paylaş” düyməsi vasitəsilə Azercell-in rəqəmsal xidmətlərini dostarına tövsiyə edərək bonus balans əldə edirlər. Bunun üçün yeganə şərt isə dostlarının təklifdən yararlanaraq, “Kabinetim”lə gələn bildiriş üzərindən müvafiq xidmətə abunə olmasıdır.

Azercell tətbiqlərini paylaşan abunəçilər “BluTv” və “ivi” xidmətlərinə hər bir yeni abunəlik üçün 1 AZN, “Kabinetim” tətbiqinə hər uğurlu tövsiyə üçün 0.10 AZN bonus balans qazanırlar!

Ən əsası isə lider mobil operator bonusların sayını məhdudlaşdırmır. Şirkətin həm Fakturalı, həm də Fakturasız xətt istifadəçiləri Azercell tətbiqlərini gün ərzində məhdudiyətsiz sayda dostları ilə paylaşıb, bonusları istənilən istiqamətdə istifadə edə bilərlər!

Azercell-dən “Kabinetim”lə hədiyyə balans qazanmaq fürsətini qaçırma! Dostlarınla faydalı tətbiqləri paylaş ki, balansını Azercell artırsın!

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/referal/

səhifəsinə keçid etməyiniz xahiş olunur.

# 2308
avatar

Oxşar yazılar