“Titrəmə” filminin çəkilişi başa çatdı
22 sentyabr 2020 19:54 (UTC +04:00)

“Titrəmə” filminin çəkilişi başa çatdı

Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan, rejissor Amil Amalın dram janrında lentə aldığı “Titrəmə” filmi üzərində işlər sona çatıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məlumat verən rejissor qısametrajlı filmin post-prodakşn mərhələsi, montaj və rəng korreksiyasının da artıq yekunlaşdığını söyləyib. Bundan sonrakı mərhələdə isə filmin festivallara göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Titrəmə”nin çəkiliş prosesi ötən il başlanıb və bu ilin fevralında bitib. Çəkilişlər qarlı hava şəraitində Qubanın Qəçrəş, 1-ci Nügədi və Qrız kəndlərində aparılıb.

Baş rolları Əməkdar artistlər Bəhruz Vaqifoğlu və İlqar Cahangirin canlandırdığı filmdə söz, mətn yer almayıb, musiqi də olmayacaq.

Filmin ssenari müəllifləri Amil Amal (Məmibəyli), Aqşin Evrən, Ayşad Səfərəliyev, operatoru Əli Sultanov, bədii rəhbəri və prodüseri, Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir.

Qeyd edək ki, film bir ayağını mina partlayışı zamanı itirmiş əsgərin dramıdır. O, öz ayağını itirdikdən sonra böyük sarsıntılar keçirir və bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. Filmdə Qarabağ mövzusu olmasa da, kadrlarında Azərbaycanın əzəli torpaqları ilə mesajlar var. Filmin əsas mesajı isə müharibəni bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdır.

# 2992
avatar

Oxşar yazılar