“Şərikli çörək” filminin ssenaristi vəfat etdi
17 sentyabr 2026 08:47 (UTC +04:00)

“Şərikli çörək” filminin ssenaristi vəfat etdi

0

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib.

Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, 1967-ci ildə isə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib. O, 1970-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı laureatı, 1988-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. O, eyni zamanda 2003-cü ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü idi.

Alla Axundova “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifidir. O, həmçinin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini rus dilinə tərcümə edib. 1970-ci illərin məşhur rus tənqidçisi Stanislav Lesnovski Alla Axundovanı SSRİ-də müasir qadın poeziyasının üç əsas "sütun"undan biri adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar