FHN Akademiyasında abituriyentlər üçün toplanış elan olundu
22 sentyabr 2020 12:28 (UTC +04:00)

FHN Akademiyasında abituriyentlər üçün toplanış elan olundu

Fövqəladə Hallar Nazirliyininj (FHN) Akademiyasına qəbul olan və qeydiyyatdan keçən abituriyentlər üçün toplanış elan olunub.

APA-nın FHN-in "facebook" səhifəsinə istinadən xəbər verir ki, toplanış sentyabrın 27-də, saat 10:00-da Hövsan qəsəbəsi, FHN Akademiyasında olacaq.

Kursantlara özləri ilə aşağıdakıları gətirmələri tövsiyyə olunur:

Şəxsiyyət vəsiqəsi;

Sürücülük vəsiqəsi (əgər varsa);

Şəxsi gigiyena vasitələri (əl-üz dəsmalı, sabun, diş fırçası və pastası, üzqırxma ləvazimatları, daraq, cib dəsmalı, qayçı);

Idman kostyumu və ayaqqabısı, otaq və duş üçün başmaqlar;

Boyunluq altına tikilməsi üçün ağ pambıq parça - 1,5 м2, tikiş iynələri, saplar (ağ, qara, göy, xaki rənglərdə);

Pambıq parçadan qara rəngdə corab (azı 3 cüt);

Paltar və ayaqqabı təmizləmək üçün şotkalar, qara rəngdə ayaqqabı kremi;

Qol saatı, kompas;

Ümumi dəftərlər dama-dama (10 ədəd), şagird dəftərləri dama-dama (10 ədəd).

Yazı ləvazimatları (göy rəngdə yazan diyircəkli qələmlər, qara və rəngli karandaşlar, pozan, transportir, xətkeş, kley, zabit xətkeşi, papka).

# 1642
avatar

Oxşar yazılar