İrlandiyada altı aylıq karantindən sonra kafelərin açılmasına icazə verilib
21 sentyabr 2020 07:14 (UTC +04:00)

İrlandiyada altı aylıq karantindən sonra kafelərin açılmasına icazə verilib

İrlandiya hökuməti paytaxt Dublin istisna olmaqla, bütün bölgələrdə koronavirusla bağlı tətbiq edilmiş altı aylıq karantinindən sonra sentyabrın 21-dən kafe və barların açılmasına icazə verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “RTE” milli telekanalı məlumat yayıb.

Ölkə üzrə yoluxmanın 60 faizinin qeydə alındığı Dublində isə qarşıdakı üç həftə ərzində üçüncü dərəcəli xüsusi epidemioloji rejim qüvvədə qalacaq. Paytaxtda iaşə müəssisələri onlayın sifariş əsasında fəaliyyət göstərəcək.

Qeyd edək ki, İrlandiyada son sutka ərzində 396 koronavirusa yoluxma hadisəsi qeydə alınıb ki, bunlardan da 241-i Dublinin payına düşür. 

 

# 1459
avatar

Oxşar yazılar