Qubada bir neçə fərdi yaşayış evlərində yanğın olub
20 sentyabr 2020 03:40 (UTC +04:00)

Qubada bir neçə fərdi yaşayış evlərində yanğın olub

 

Sentyabrın 19-da günün müxtəlif saatlarında Quba rayonunun Dəlləkli kəndində ayrı-ayrı vətəndaşlara məxsus ərazidə yanğın hadisələri baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğınlar zamanı ümumi sahəsi 75 m² olan tövlənin damına yığılmış 15 ton ot bağlamasının 2,5 tonu, ümumi sahəsi 72 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılmış 15 ton ot bağlamasının 5 tonu və ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 10 ton ot bağlamasının 4 tonu yanıb. Tövlələrin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 2506
avatar

Oxşar yazılar