"Ağlamağım ziyan gətirir, ona görə də..." - Xalq artisti
18 sentyabr 2020 11:51 (UTC +04:00)

"Ağlamağım ziyan gətirir, ona görə də..." - Xalq artisti

 Xalq artisti Məleykə Əsədova ötən günlərindən danışıb.

Lent.az-ın məlumatına görə, aktrisa "Həyat, sevgi və göz yaşları" verilişində bildirib ki, arzuolunmaz övlad olub:

"Məni oğlan gözləyirmişlər. Arzuolunmaz uşaq idim. Amma ailəyə böyük uğur gətirdim. Məndən sonra qardaşım doğuldu. Amma 1 yaşında dünyasını dəyişdi. Mənim ağlamağım ailəyə ziyan gətirirdi, ona görə qəlbimə dəymirdilər. Məktəb illərində qəşəng qız olmamışam, arıq, uzun, cılız idim.

Atamdan sonra çətinlik, əziyyət nədir bildim. Zəif olmadım, çiynimdə böyük yüklər daşıdım. Universiteti bitirəndə 1 il rayonda qaldım. Allah ağlımı əlimdən almadı. Toylara getdim, lotereya oynadım və pulumu toplayıb Bakıda ev aldım. Evim olmasaydı, maşın almayacaqdım.

Atam ad günü günü dünyasını dəyişdi. O vaxta kimi nə kədər, nə hüzur yeri görmüşdüm. Yuxuda nə görürdüm olurdu. Atam heç vaxt ağrımırdı. İnfarkt keçirib öldü. Onun ölümünü yuxuda görmüşdüm”.

 

# 10504
avatar

Yalçın UĞUR

Oxşar yazılar