2959
18:40
29 Avqust 2020

Neft daşlarında dalğanın hündürlüyü 2,5 metrə çatıb - FAKTİKİ HAVA

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisindəki faktiki hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az -a verilən xəbərə görə, avqustun 29-u saat 18:00-a olan məlumata əsasən Sumqayıt, Bakı, Oğuz, Xaçmaz, Qusar, Yevlax, Zərdab, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda arabir yağış yağıb.

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Biləsuvarda 19 m/s, Salyanda 18 m/s, Bakı, Qum adasında 23 m/s, Ələtdə 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 16 m/s, Çilov adasında 15 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.