İran raketlərinin uçuş məsafəsini 15 min kilometrə qədər artırmağa hazırlaşır.
"The Times of India" xəbər verir ki, bu barədə İranın ali rəhbərinin nümayəndəsi Əbdül-Nəbi Musəvi bildirib.
Onun sözlərinə görə, belə bir raketin yaradılması İranın ABŞ-ın kontinental hissəsinə qədər zərbə endirməsinə imkan verə bilər.
Musəvi Fard, həmçinin İsrailə qarşı “qisas” çağırışı edib və İsrailin Baş naziri Benyamin Netanyahunun öldürülməsini istəyib. O, İran raketlərinin artıq Qüdsə çatmaq imkanına malik olduğunu bildirib.
İranın hazırda Yaxın Şərqdə ən böyük və müxtəlif raket arsenalına malik ölkə olduğu bildirilir. Tehran həmçinin yeraltı raket obyektləri şəbəkəsi, pilotsuz uçuş aparatları və hipersəs sistemləri üzərində iş aparır.