Nobel mükafatlı yazıçı istintaqa çağırıldı
25 avqust 2020 14:29 (UTC +04:00)

Nobel mükafatlı yazıçı istintaqa çağırıldı

Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç İstintaq Komitəsinə çağırılıb.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Nobel Mükafatı laureatı Svetlana Aleksiyeviç Koordinasiya Şurasının yaradılması iddiası ilə şahid qismində Belarus İstintaq Şöbəsinə çağrılıb.

Müxalifət hərəkatına dəstək verən yazıçı avqustun 26-sı saat 14:00-da şöbəyə gəlməlidir.

Koordinasiya Şurasının mətbuat xidməti Aleksiyeviçin səhhətinin pis olmasına baxmayaraq, dindirilməyə gəlmək niyyətində olduğunu bildirib.

Daha əvvəl də belaruslu yazıçının respublikada hakimiyyəti təhvil vermək məqsədi ilə yaradılan müxalifət şurasının rəyasət heyətinə daxil olduğu bildirilmişdi.

Svetlana Aleksiyeviç 2015-ci ildə Nobel Ədəbiyyat Mükafatının ilk Belarus laureatı olub. Əsərləri arasında "Müharibənin qadın üzü yoxdur", "Çernobıl duası" kitabları da var.(kulis.az)

# 2464
avatar

Oxşar yazılar