İki maşın toqquşdu: 5 yaralı - FOTO - YENİLƏNİB
22 avqust 2020 16:25 (UTC +04:00)

İki maşın toqquşdu: 5 yaralı - FOTO - YENİLƏNİB

Hacıqabulda qəzada yaralanan şəxslərin adları açıqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunlar Göyçay sakini, 2000-ci il təvəllüdlü Əliyev Məhəmməd Cəfər oğlu, Füzuli sakini, 1988-ci il təvəllüdlü Əsədov Fürsət Həbib oğlu, Füzuli sakini, 1991-ci il təvəllüdlü Bədəlov Seyidşah Türkman oğlu, Füzuli sakini, 1975-ci il təvəllüdlü Nəsirov Mətləb Bəhlul oğlu və Göyçay sakini, 1969-cu il təvəllüdlü Əliyev Cəfər Məhəmməd oğludur. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

***

 

14:50

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində 2 “Mercedes” toqquşub.

APA-nın məlumatına görə, qəza nəticəsində 5 nəfər yaralanıb. Yaralıların hamısı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2951

Oxşar yazılar