Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi
12 avqust 2020 00:49 (UTC +04:00)

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi


Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bilgəh, Mərdəkan, Pirşağı və Şüvəlan sularda xilasetmə məntəqələrinin ərazisində 12 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən APA-ya verilən məlumata görə, onların hər biri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

# 1606
avatar

Oxşar yazılar