Kürdə batan tələbənin meyiti tapıldı - YENİLƏNİB
07 avqust 2020 15:31 (UTC +04:00)

Kürdə batan tələbənin meyiti tapıldı - YENİLƏNİB

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Məlumata görə, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14:37

Kür çayında batan şəxsin tələbə olduğu məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Aşağı Surra kənd sakini, 16 yaşlı Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub. Əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Qeyd edək ki, Xəyal Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.

***

13:25

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az-a FHN-dən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 3112
avatar

Oxşar yazılar