taxi
19:40 3 avqust 2020

Runidən əfsanəvi baş məşqçiyə SƏRT İTTİHAM

madeyra

“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi Çempionlar liqasının finalında “Barselona” ilə keçirdikləri iki oyundan danışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, “qırmızı şeytanlar” Kataloniya klubuna Aleks Ferqyüssonun taktiki səhvlərinə görə uduzublar. 

“Yadımdadır, o bizə dedi ki, “Barselona”ya pressinq tətbiq etmək lazımdır. Ferqyüsson deyirdi ki, bu, “Yunayted”in qanındadır. Mən həmin an dərhal anladım ki, biz uduzacağıq. Ona görə ki, Qvardiolanın “Barselona”sına qarşı bu üslubda oynamaq əsl intihar idi”.

Xatırladaq ki, “Mançester Yunayted” kataloniyalılara Çempionlar liqasının finalında iki dəfə məğlub olub. Bu, 2009 və 2011-ci illərdə baş verib. 

 

# 3220
avatar

Oxşar yazılar